Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 20:50

Çempionlar Liqasının finalı Bakıda ola bilər


Bakı Olimpiya Stadionu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

Bu haqda AFFA xəbər verir.

AFFA Bakı Olimpiya Stadionunun həm Çempionlar Liqası, həm də Avropa Liqasının final oyununu qəbul etməyə hazır olduğunu bildirib.

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı son qərarı bu ilin sentyabrında qəbul edəcək.

UEFA artıq 2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayıb. Çempionlar Liqasına 2, Avropa Liqasına 7 iddiaçının sifarişi qəbul edilib.

Çempionlar Liqasının finalının keçirilməsindən ötrü Bakı Olimpiya Stadionunun rəqibi İspaniyanın «Estadio Metropolitano» stadionudur.

Avropa Liqasının finalına isə 7 stadion - Tbilisinin «Dinamo Arena», Almaniyanın «Frankfurt», «Arena Ştutqart», Qlazqonun «Hampden Park», İspaniyanın «Ramon Sançes Pisxuan» və İstanbulun «Beşiktaş Arena» stadionları iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG