Parisdə hərbçi atəş açaraq ona bıçaqla hücum edən naməlum adamı yaralayıb.
İnsidentmilli “Luvr” müzeyinin ətrafında baş verib.
Fransanın xarici işlər nazirliyi məlumatı təsdiqləyib.
İnsidentdən sonra muzeydə olanlar evakuasiya edilib.
“Figaro” qəzetinin yazdığına görə, hücum edən muzeydəki yeraltı mağazaya girmək istəyirmiş.
Polisin məlumatına görə, o, “Allahu Əkbər” qışqırırmış, amma üzərində partlayıcı qurğu aşkar edilməyib.