Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfərin xəsarət aldığı bildirilir.
«Report» bu xəbəri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə istinadən yayıb.
R.Nağıyev bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib.
Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub.
Bəzi saytlar isə yolda yıxılanlardan bir nəfərin vəfat etdiyini bildirir.
Yanvarın 31-i günortadan sonra fevralın 1-i axşama qədər paytaxtda yağan qar nəticəsində bəzi yollarda gediş-gəliş çətinləşmişdi.