Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:35

Yağmursuz, şaxtalı hava gözlənir


Günəş

Fevralın 3-ü Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da havanın, əsasən, yağmursuz olacağı bildirilir. Ancaq gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntı ehtimalı var. Gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcəşaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG