Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:54

Prezident Niyazinin abidəsinin açılışında


Niyazinin abidəsi

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkdamaestro Niyazinin abidəsinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

O, mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, bəstəkar Faiq Sücəddinov, dirijor Əyyub Quliyev və heykəltəraş Ömər Eldarov da açılışda Niyazi haqda düşüncələrini bölüşüblər.

Niyazi Tağızadə-Hacıbəyov 1912-ci ilin avqustunda Tbilisidə doğulub. 1984-cü ildə Bakıda vəfat edib. O, SSRİ Xalq artisti və beynəlxalq Nehru Mükafatı laureatı olub.

Niyazi təkcə dirijor olmayıb. «Təbrizim», «Dağlar qızı», «Vətən haqqında mahnı», «Arzu» mahnılarının müəllifidir. O, «Dağılan tifaq», «Almas», «Vaqif», «Polad qartal» dram tamaşalarına, «Almas», «Kəndlilər» və «Fətəli xan» kinofilmlərinə yazılmış musiqilərin müəllifidir.

Multimedia

XS
SM
MD
LG