Ötən üç gün ərzində Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alan şəxslərin sayı açıqlanıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev «Report»a deyib: «Son üç gündə yıxılaraq xəsarət alan 42 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 39-u xəstəxanaya yerləşdirilib».
Bakıda yanvarın 31-i günün ikinci yarısından başlayaraq fevralın 1-i axşama qədər qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıya 23 sm qalınlığında qar düşdüyünü bildirib.