Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Gənclərin şikayətləri Avropa Məhkəməsində


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

Həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun iki şikayəti Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) icraata qəbul edilib.

Bu haqda məhkəmənin saytında bildirilir.

Gənc fəalların şikayətlərinin biri onların məhkəməyə qədər həbs edilmələri ilə bağlıdır. Həmin şikayətdə onların məhkəməyədək həbsdə tutulmasının qanunsuz olduğu iddia edilir.

Digər şikayət isə həbs edilərkən gənclərə işgəncə verilməsi ilə bağlıdır. Bildirilir ki, yerli hüquq-mühafizə qurumlarına işgəncə iddialarının effektiv araşdırılması ilə bağlı şikayət edilsə də, bu məsələ həll olunmayıb.

Gənc fəalları vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova təmsil edir.

Onların AİHM-ə göndərdiyi şikayətdə iddia edilir ki, gənclərin Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 10-cu (İfadə azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrində nəzərdə tutulan hüquqları pozulub.

Məhkəmədən pozuntuların tanınması, dəymiş maddi və mənəvi zərərin kompensasiya edilməsi istənilir.

Vəkillər məhkəmənin şikayətlərə prioritet qaydada baxmasını xahiş ediblər.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.

Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Hər iki gəncə 10 il həbs verilib. Gənclər məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər. Bayram Məmmədov və Qiyas İbrahimov bildiriblər ki, onlar Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə şərlənərək həbs ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG