Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:34

NATO ölkələri Qara dənizdə hərbi təlimlərə başlayıb


Foto arxiv

NATO ölkələrinin hərbi dəniz qüvvələri fevralın 1-dən Qara dənizdə hərbi təlimlərə başlayıb.

“Dəniz qalxanı” adlı təlimlərdə hava hücumları, sualtı və qurudan gələn təhlükələrin qarşısının alınması məşq edilir.

Bu barədə Rumınya hərbi dəniz donanmasının mətbuat xidməti məlumat yayıb.

Hərbi təlimlərdə Bolqarıstan, Yunanıstan, Türkiyə, Rumınya, Ukrayna, ABŞ, Kanada və İspaniyadan ümumilikdə 2800 canlı qüvvə 16 gəmi, 1 sualtı qayıq və onlarla təyyarə iştirak edəcək.

Qara dənizin şərqində keçirilən təlimlərə ABŞ-ın “Porter” raketdaşıyan gəmisi də qoşulmalıdır.

Məlumata görə, bu gəmi “İcis” adlı hava hücumlarından müdafiə sistemi ilə təhciz edilib.

Fevralın 10-dək keçiriləcək hərbi təlimlərin koordinasiyası Rumınya donanmasının komandanlığına həvalə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG