Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:43

'Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?'


Vahid Əhmədov
Vahid Əhmədov

Milli Məclisin bu gün, fevralın 1-i keçirilən iclasında deputat Vahid Əhmədov ölkənin iqtisadi inkişafına dair Strateji Yol Xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb.

APA-nın xəbərinə görə, deputat bəzi suallar da səsləndirib: «Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, «Maliyyə nəzarəti haqqında» Qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik».

Buna da bax-2006-cı ildən bəri qəbul edilməyən məcəllə

Onun fikrincə, digər mühüm məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. «Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdisə, üçüncü oxunuşa çıxarılmadı və səbəbi də bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?», -deyə V.Əhmədov sual verib.

Spiker Oqtay Əsədov isə «Hesablama Palatası haqqında» qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib. «Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanun layihəsinin təşəbbüskarı var. 2008-ci il yaranan böhrandan sonra, yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. «Maliyyə nəzarəti haqqında» Qanun üzərində də iş gedir», -deyə o bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG