Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:46

Naxçıvanın İpoteka Fondu qeydiyyata alındı


İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?
Gözlə

No media source currently available

0:00 0:16:42 0:00

İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?

Vergilər Nazirliyi «Naxçıvan İpoteka Fondu» ASC-i dövlət qeydiyyatına alıb. Nazirlikdən verilən məlumata görə, Fondun nizamnamə kapitalı 500 min manatdır. Fondun qanuni təmsilçisi Yalçın Vəliyevdir.

Naxçıvanda İpoteka Fondu ötən ilin noyabrında yaradılıb. Fond krediti 3 ildən 25 ilədək, güzəştli ipoteka kreditini isə 30 ilədək verir. Kredit dövlət qeydiyyatına salınmış və ya tikilməkdə olan fərdi yaşayış sahəsinin alınmasına verilir. Güzəştli ipoteka krediti yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Eyni zamanda, güzəştli ipotekaya aid olmayan kreditin məbləği yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır Üstəlik, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Bundan başqa, kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox ola bilməz.

KİMLƏR ALA BİLƏR?

Bu imkandan torpaqların ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailə üzvləri, Milli Qəhrəman, onun ailə üzvləri və məcburi köçkünlər yararlana bilər. Habelə, ən azı 3 il dövlət qulluğunda çalışan, ən azı 3 il hərbi xidmət keçən, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, elmlər doktoru dərəcəsinə yiyələnən, idman sahəsində xüsusi mükafatlar qazanan və Naxçıvanda yaşayan Azərbaycan vətəndaşı güzəştli ipoteka krediti ala bilər.

Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. İndi kommersiya kreditlərinin (8 faiz) də dayandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG