Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:08

Rus xristian mühafizəkarları "Matilda" filminə görə kinoteatrları yandırmaqla hədələyir


Aleksey Uchitelin Matilda filmindən bir kadr.
Aleksey Uchitelin Matilda filmindən bir kadr.

Rusiyada fəaliyyət göstərən "Xristian dövləti - Müqəddəs Rus" ölkə kinoteatrlarının rəhbərliyinə məktub yazaraq onları rejissor Aleksey Uchitelin "Matilda" filminin prokatından imtina etməyə səsləyib. Bu hada "İnterfax" xəbər agentliyi məlumat yayıb.

Radikal-mühafizəkar xristian təşkilatı məktubunda bildirir ki: "Əgər "Matilda" filmi yayımlansa kinoteatrlar yanacaq və insanlar xəsarət alacaq. Rəsmi bildiriş: istənilən növ banner, afişa, filmin prokatını göstərən hər hansı kağız müqəddəs provoslav kilsəsini və "rus maydanı"nı təhqir etmək kimi anlaşılacaq".

Buna da bax: Rusiyada II Nikolayın sevgi macərasından bəhs edən film etirazlara səbəb olub

Filmin müəllifləri isə bu "qanunsuzluq və çılğınlıqla" mübarizə aparacaqlarını deyirlər. Xatırladaq ki, məktub Rusiya üzrə minə qədər kinoteatr rəhbərinin ev və hüquqi ünvanına yollanılıb.

Xatırladaq ki, Aleksey Uchitel "Matilda" filmində çar II Nikolayın balerina Mathilde Kshesinskaia-ya sevgisindən bəhs edir. Rejissor bundan öncəki müsahibələrində də filmin tarixi faktlarla təxəyyülün qarışığından ortaya çıxdığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG