Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:45

Rusiyada II Nikolayın sevgi macərasından bəhs edən film etirazlara səbəb olub


"Matilda" filmindən bir kadr.
"Matilda" filmindən bir kadr.

-

Rus rejissoru Alexei Uchitel çəkdiyi “Matilda” filmi hələ ekrana çıxmamış qalmaqala səbəb olub. Rus monarxiyasının tərəfdarları və pravoslav təşkilatları filmlə bağlı Dövlət Dumasının deputatı Natalya Poklonsky-ə şikayət ediblər, o isə öz növbəsində şikayəti baş prokurora yönləndirib . Şikayətçilər filmdə II Nikolay və balerina Mathilde Kshesinskaia arasında yataq səhnələrinin təsvir edilməsinə hiddətləniblər. Filmdə II Nikolay roluna çəkilən alman aktyoru Lars Eidinger 2012-ci ildə almaniyada bir porno filmdə oynaması isə fəalları daha da qəzəbləndirib. İnanclı insanlar filmin onların hisslərini təhqir etdiyini deyirlər. Xatırladaq ki, sonuncu rus çarı II Nikolay bolşeviklərin əliylə əzablı ölümlə həyatını itirdiyi üçün Rus Provaslav kilsəsi tərəfindən müqəddəs elan edilib. II Nikolayın bolşeviklər tərəfindən güllələnmiş aşpazı Ivan Kharitonovun nəticəsi tarixçi Pyotr Multatuli də “Matilda” filmində inanclı insanların hisslərini təhqir edən məqamlar olduğunu deyir. Onun sözlərinə görə II Nikolayın Matildayla münasibətləri və yataq səhnələri tarixi əks etdirmir, yalandır.

Buna da bax: Aleksandr Sokurov: "Gənclərin beyninə vətənpərvərliyi zorla doldurmaq lazım deyil"

Digər tarixçi Borus Yulin isə filmi qadağan etmək üçün heç bir əsasın olmadığını deyir, “İmperator II Nikolayla Matilda arasında münasibət həqiqətən də olub. Bunu tarixi sənədlər təsdiqləyir, onlar sevgili olublar. Məgər ölkənin rəhbərinin nigahdan kənar, yataq münasibətləri rəsmi şahidlər tərəfindən təsdiqlənməliydi? Belə arqumentlərin heç bir gücü yoxdur. Çarın həyatı sadə insanların həyatından niyə fərqlənməlidir ki? Belə səhnələrə görə filmi qadağan etməyə dəyməz. Axı film hələ səhnəyə çıxmayıb və biz orda nələrin göstəriləcəyini bilmirik”

Filmin rejissoru Alexei Uchitel isə Ogonyok dərgisinə müsahibəsində “Matilda” filmindəki hadisələrin real tarixi sənədlərə əsaslandığını deyir. “Hələ ekrana çıxmamış filmi qadağan etmək tələbi sadəcə cəfəngiyyatdır. Həqiqətən, prokurorluğun məktubu da vardı, hətta beş nəfərlik qurupun nümayişi də oldu və mənim filminin plakatını yadırdılar, amma mən hələlik baş verənlərə anlaşılmamazlıq kimi baxıram. Həmçinin prokurorluq filmim haqda təhqiqat apardı və orda heç bir diskriminasiya, inanclı insanların duyğularına qarşı aşağılama tapmadı. Deyirlər ki, keçmiş imerator II Nikolayın Mathilde Kshesinskaia ilə heç bir münasibəti olmayıb, axı onların münasibətini təsdiqləyən çoxlu sənədlər var”.

Xatırladaq ki, "Matilda" filminin premyerası 2017-ci ilin mart ayına nəzərə tutulub.

Alexei Uchitelin çəkdiyi "Matilda" filminin treyleri.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG