Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18

Aleksandr Sokurov: "Gənclərin beyninə vətənpərvərliyi zorla doldurmaq lazım deyil"


Rus rejissoru Aleksandr Sokurov

Rus rejissoru Aleksandr Sokurov

-

"Televiziya kimi kino da öz təsir gücünə görə cəmiyyət üçün təhlükəlidir. O, insanları ölümə, qana, laqeydliyə alışdırır. Ekranda ölüm də, müharibə də gözəl görünür, əsgər də gözəl həlak olur, ölümqabağı gözəl sözlər deyir".

Məşhur rus rejissoru Aleksandr Sokurov 65 yaşının astanasında Platonov mükafatının laureatı olub. Bu mükafat hər il Voronej şəhərində keçirilən Platonov festivalı çərçivəsində incəsənət sahəsindəki böyük nailiyyətlərinə görə müxtəlif sənət adamlarına verilir. Platonov mükafatına layiq görülənlər arasında teatr rejissoru Lev Dodin, pianoçu və dirijor Mixail Pletnev, animasiya filmləri rejissoru Aleksandr Petrov, yazıçı Boris Yekimov və şair

Aleksandr Sokurov "Qızıl şir" mükafatı alır

Aleksandr Sokurov "Qızıl şir" mükafatı alır

Andrey Bitovun adı var. Aleksandr Sokurovla Platonovu rejissorun ilk filmi bağlayır – “Potudan çayı”, “Müqəddəs insan”, “Ustanın mənşəyi” hekayələri və “Çevenqur” romanı əsasında çəkilmiş “İnsanın tənha səsi” filmi. Rejissora, Platonov mükafatı “Tarixin çuxurunda (kotlovan) insan mövzusunun dərki naminə göstərdiyi platonovsayağı inada görə” verilib. Mükafatın təqdimetmə mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran A.Sokurov Platonovdan, rus kinosundan və siyasətin rus insanının həyatına təsirindən danışıb.

Oxu Zalı Aleksandr Sokurovun müsahibəsini təqdim edir:

- Aleksandr Nikolayeviç, sizin üçün Andrey Platonov kimdir?

Rus yazıçısı Andrey Platonov

Rus yazıçısı Andrey Platonov

- Platonov öz diini xalq şüurunun resursları hesabına inkişaf etdirmiş ən cəsur, ən milli və qətiyyətli yazıçımızdı. O, dünya ədəbiyyatında ən dahi stilist olub. Platonovun “onunla ancaq sintez işə yarayır” cümləsini analiz eləmək imkansızdı. Platonovun obrazları yalnız bütöv halda mövcuddu, onu öldürmədən parçalamaq mümkün deyil. Onun qəhrəmanı mahiyyətcə müstəqil və orijinal şəxsiyyətdi. Platonovun nəsri rus xalqına unikal olduğunu bəyan eləyir. Mənim üçün Platonov geniş miqyaslı, gerçək rus ədəbi ənənəsini qorumaq üsullarından biridi. Ümumiyyətlə, vizual sənət sahəsinə daxil olan hər kəs ədəbiyyatsız bir heç olduğunu anlamalıdı. Yalnız ədəbiyyata meylli insan naturası ideyalar və iradə ehtiyatı formalaşdırır, insanı ziyalı, müstəqil və dərin şəxsiyyətə çevirir. Yalnız böyük, qəribə əsərlərə sevgisi olan insan ideya və iradə ehtiyatına sahibdi. Əgər bu yoxdusa, bütün ideyalar çox sürətlə tükənir. Müasir kinematoqrafiya və təsviri sənət nümunələrinin bir çoxu bunun sübutudu. O cümlədən bizim ölkədə də. Əsərlərdən görünür ki, onların gənc müəllifləri az oxuyurlar. Demək olar ki, oxumurlar. Buna görə də müasir kino savadı az olan, amma kifayət qədər enerjili və digər mədəniyyətlərə qarşı təkəbbürlü insan yığını ilə assosiasiya olunur. Bu, müasir rus kinematoqrafçılarının əksər işlərində də görünür. Bu kino hazırda incəsənətdə, ictimai şüurda döyüşə-döyüşə tutduğu yerə, ona verilən dəyərə layiq deyil. Halbuki indiyə qədər sovet dövründə çəkilmiş heç bir filmə görə xəcalət çəkmirik. Heç bir! Qəribə paradoksdu, amma o qədər senzuranın və başqa xoşagəlməz faktorların fonunda onlar alınıblar.

- 2016-cı il Rusiya kinosunun işarəsi altında keçir. Sizcə, hazırda gənc kinematoqrafçılar nəslində nə baş verir?

Aleksandr Sokurovun "Francofonia" filmindən bir səhnə

Aleksandr Sokurovun "Francofonia" filmindən bir səhnə

- Mənə elə gəlir ki, biz ruslar kinematoqrafiyaya, musiqiyə və ədəbiyyata meylliyik. Bizim son dərəcə gözəl teatr ənənələrimiz var. Biz dövlətçilik istiqamətində işlərə az, çox az meylliyik. Tarix göstərir ki, bu sahədə hələ də uğur qazanmamışıq. Biz hələ də güclü, işlək institutlara sahib, balanslı dövlət qura bilməmişik. Rus dövləti nə qədər müddət mövcuddusa, o qədər də fırtınalar yaşamışıq. Buna görə də kinematoqrafiyada hər şey parlaq, qeyri-adi şəxsiyyətlərin olmasından asılıdı. Bizim missiyamız - kino mühitini və onların inkişafına yardım edən peşəkar vasitələri gənclər üçün əlçatan eləməkdi. Elə şərait yaratmalıyıq ki, onlar peşəkarlıq sınağından keçə bilsinlər. Çünki bu gün pul asan tapılmır. Pul tapmaq film çəkməkdən çətindi. Mən inanıram ki, bizim enerjimizin, ən yaxşı cəhətlərimizin mühərriyinə çevrilən gənc və ciddi insanlar gələcəklər və bizim nəyə qadir olduğumuzu göstərəcəklər. Ancaq bu o halda baş verəcək ki, onlar aydın olsunlar. Vəhşi, aqressiv, əzələli, yeniyetmə düşüncəli rejissor funksional olaraq təhlükəlidi. Ümumiyyətlə, televiziya kimi kino da öz təsir gücünə görə cəmiyyət üçün təhlükəlidi. O, insanları ölümə, qana, laqeydliyə alışdırır. Ekranda ölüm də, müharibə də gözəl görünür, əsgər də gözəl həlak olur, ölümqabağı gözəl sözlər deyir. Həyatda belə deyil. Mən özüm müharibə şəraitində olmuşam. Orda heç kim hücuma keçəndə “Vətən uğrunda” qışqırmır. Hər şey tamamilə fərqlidi. Gənclərin beyninə vətənpərvərliyi zorla doldurmaq lazım deyil. Elə eləmək lazımdı ki, biz maarifçiliyin, təhsilin milli ideyaya çevrildiyi xalq, ölkə olaq. Əgər biz xalqın maariflənmiş mədəniyyətə qovuşmasına nail olsaq, neyləməli olduğumuzu biləcəyik. Ancaq bunun üçün gənclərə kömək eləməliyik. O zaman onlar da üzərlərinə düşən işləri görəcəklər. İstedadlı insanın gəlişi labüddü. Kinematqorafiyada hər şey şəxsiyyətlərin yaranmasından asılıdı.

- Şəxsən siz gənclərə necə kömək eləyirsiz?

Aleksandr Sokurov Eçmədzində "Yeghitsi luys" mükafatı alır, 2012-ci il

Aleksandr Sokurov Eçmədzində "Yeghitsi luys" mükafatı alır, 2012-ci il

- Peterburqda “İntonasiya” adlı premyeralar fondu yaratmışıq. İlyarım ərzində yeddi qısametrajlı, iki tammetrajlı filmin istehsalına kömək eləmişik, üç sənədli film də elə bu aylarda çıxacaq. Təbii ki, burda böyük risk var. Çünki bu peşədə olmağa iddialı gənclərin bir çoxunun dövlətin pulunu sərf eləməyə haqları yoxdu. Ümumiyyətlə, kinematoqrafiyada keyfiyyət mexanizmi işləyəndə ələnənlər çox olur. Bu gün teatr institutlarında rejissorluq fakultəsinin 20 tələbəsindən ən yaxşı halda biri kinoda qalır. Bu peşənin yolu o qədər mürəkkəb və ziddiyətlidi.. Biz gənclər üçün dövlət yaratmalıyıq. Ki, gənc insan özünü doğma ölkəsinin gələcəyi üçün cavabdeh hiss eləsin və ordakı yerini yaxşı bilsin. Gənclərin başını boş sözlərlə, ehkamlarla doldurmaq lazım deyil. Siz sağlam münasibətlər sisteminin mövcud olduğu, dəlilərin parlamentdə hakimiyyəti əlinə almadığı, normal təhsilin olduğu, gənclərə qarşı sanksiyaların tətbiq edilmədiyi dövlət qurun. Məncə, indi biz son dərəcə xoşagəlməz bir mərhələdəyik - tələbələr siyasi maddələrlə həbsə atılırlar. Həyatın siyasiləşdirilməsi çox təhlükəlidi! Həyatın siyasiləşdirilməsinin insanlara zorla sırındığı yerlərdə cəmiyyət kar olur, monofonik qulaq formalaşır. Mən çox səyahət eləyirəm, o cümlədən, ərəb ölkələrinə. Demək istəyirəm ki, indi hamı eyni istiqamətdə gedir, bizim ölkəmiz də ən öndədi. Ölkədə militarizmin artması dalana girməyə bərabərdi. Müasir diplomatlar, siyasətçilər neytrallıq ideyasından uzaqdılar. Mən dəfələrlə polyak diplomatları, prezidentləri, Polşanın xarici işlər Naziri ilə

Aleksandr Sokurovun çəkdiyi "Faust" filmindən bir səhnə

Aleksandr Sokurovun çəkdiyi "Faust" filmindən bir səhnə

danışmışam, onları neytrallıq prinsipini qəbul eləməyə səsləmişəm, ancaq alınmayıb. Neytrallıq ideyası populyar deyil. Bəlkə ona görə ki, bütün dünyada hakimiyyətə antihumanist, silahlanmanın nə ilə nəticələndiyini unudan insanlar gəlir.Sənayedə toplanan gücün hərbi relslərin üzərinə keçməsi heç vaxt müsbət nəticələnmir. Bizdə bu, niyə baş verir? Məncə, əksər siyasətçilərin beynində son dərəcə aydın, sadə bir fikrə yer yoxdu. Onlar anlamırlar ki, biz çoxlu qonşuları olan bir ölkəyik. Bizim sakit, güzəştli həllər tapmaqdan başqa alternativimiz yoxdu. Biz Baltıkyanı ölkələrlə, Finlandiya ilə, həddindən artıq narahat qonşumuz Çinlə həmsərhəd olmaqdan qaça bilmərik. Bəs Ukrayna və Qazaxıstanla sərhədimizi neyləyək? Hərbi element heç bir halda aktiv-hücumçu rolda olmamalıdı. Ölkənin fəal hücumçu potensialı yarananda Sovet İttifaqının əməllərini xatırlayan kiçik qonşularımız bizdən qorxmağa başlayırlar. Mən dünyanı gəzirəm – bizdən həqiqətən qorxurlar. Bizi sağlam düşüncəli partnyor hesab eləmirlər. Yadınızdadı, qoşunlarımızın ölkə sərhədlərindən kənara çıxması məsələsi müzakirə olunanda Moskvada nümayiş keçirilmişdi? Yüz minlərlə insan əllərində plakatlarla ölkənin hərbi fəaliyyətini dəstəkləyirdi. Bilirsiniz, onlar, əsasən, kimlər idi? Qadınlar. Rus qızları, qadınları öz oğullarını, sevimli ərlərini müharibəyə göndərməyə hazırdılar. Mən, “Frankofoniya” filmimdə siyasətin nəyin bahasına başa gəldiyi, onu bizə necə sırıdıqları və əvəzini hansı valyuta ilə ödədiyimizi araşdırmışam. Həmin valyuta insan həyatıdı. Siyasətçilər xalqla onun öz həyatı hesabına ödəşirlər. Siz buna səs vermişdiniz? “Böyük dövlətə” sahib olmaq istəyirdiniz? İstədiyinizi aldınız. Nə olsun ki, müharibə almısız. Nə olsun ki, qardaşınızı, ərinizi öldürüblər. Belə baxanda dul qadın statusu son dərəcə nəcib statusdu. Başa düşmək lazımdı ki, rus xalqının özündən böyük düşməni yoxdu. Biz hələ də stalinizm dövründə nələr yaşadığımızı anlamamışıq. Bütöv bir xalq Stalinin tərəfində idi. Bizə çox çətindi, mənə elə gəlir ki, biz dolaşmışıq. Çözülməmiş çoxlu mənəvi problemlərimiz var. hər şeydən əvvəl –özümüzün qarşısında.

- Keçən il Nalçikdə rejissorluq kursunuzun ilk buraxılışı oldu. Bu sizin praktikanızdakı birinci kursdu. Əvvəllər Rusiyada dərs demək təklifindən imtina eləyirdiniz. Təcrübənizin nəticəsi uğurlu oldumu? Hazırda diplomlu rejissorlar nə iş görürlər?

Aleksandr Sokurov

Aleksandr Sokurov

- Mən təhsil prosesindən çox razıyam. Gənc həmkarlarım 12 diplom işi, bir sənədli və 11 bədii qısametrajlı film çəkdilər. Bu ilk dəfə idi ki, Kabardino-Balkariyanın gələcək rejissorları öz torpaqlarında yetişdirilirdi. Adətən, tələbələri, Peterburqa, ya da Moskvaya göndərirdilər, onlar da çox vaxt geri qayıtmırdılar. Rusiya vətənim olduğu üçün mən burda baş verən hər şeyə görə məsuliyyət daşıyıram. Mən, qaranlıq, gözdən uzaq əyalət tinlərini qətiyyən sevmirəm. Onlar həyat üçün təhlükəlidi. Və orda rejissor emalatxanası açmaq ölkəmin xəritəsindən daha bir əyalət ləkəsini silmək cəhdi idi. Şimali Qafqazda yaşayan gənclər çox çətinlik çəkirlər. Moskvanın, Peterburqun teatr institutlarının müəllimlərinin onlara göstərdiyi köməyin qiyməti bahadı. Mən və həmkarlarım ora təyyarə ilə gedirdik. Başqa yol yox idi. Ağır zamanlarda elə anlar olurdu ki, mühazirələrdə iki mühafizəçi müşayiət eləyirdi məni. Vəziyyət o qədər mürəkkəb idi. O uşaqlar mənim kursuma daxil olanda Sokurov adlı rejissorun mövcudluğundan xəbərsiz idilər, heç bir filmimə baxmamışdılar. Beş il boyunca onlara öz filmlərimi göstərmədim ki, müəllimlərini təqlid eləmək şansları olmasın. Mən tələb eləyirdim ki, onlar diplom işlərini doğma dillərində çəksinlər (Şimali Qafqazda gənclərin hamısı doğma dilini bilmir, bəziləri rusca danışmır, ingilis dilində isə ümumiyyətlə danışan yoxdu). Bu, diplom işinin ən vacib şərti idi. Nəticədə onlar çox yaxşı hazırlanmış mütəxəssislər oldular. O vaxta qədər heç nə oxumamış gənclər zəhmətləri, maariflənməyə olan sevgiləri, təhsilin səyləri nəticəsində gözəl nəticələr əldə eləyə bildilər. İyunun 14-dən “Mədəniyyət” kanalında onların diplom işlərinin nümayişi başlayıb. Bu, Rusiya televiziyasının tarixində ilk dəfədi. Halbuki norma olmalıydı. Çünki o uşaqlar dövlət büdcəsi çərçivəsində təhsil alırlar, vergi ödəyiciləri pullarının nəyə sərf olunduğunu görməlidilər. Ona görə də gənc sənətkarların əsərləri mütləq geniş tamaşaçı kütləsinə təqdim olunmalıdı. Bu, teatra da, ədəbiyyata da aiddi. Qoy, gənclər öz peşəkar yollarını tamaşaçı ilə münasibətdə olaraq axtarsınlar. Mən hesab eləyirəm ki, bizim milli ideyamız maarifləmnə olmalıdı.

Mənbə: www.newizv.ru

Günün bütün mövzuları

XS
SM
MD
LG