Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:54

-

Rejissor Alexander Sokurov 34-cü Beynəlxalq Fəcr Festivalı münasibətilə İrandadır. O, dünən İran Milli Muzeyində öz şərəfinə keçirilən "Sokurov gecəsi"ndə maraqlı bir çıxış edərək deyib ki, kinonun gələcəyi yazıçıların əlindədir.

"Kino bütün vacib mövzular haqda danışıb, indi yalnız həmin, eyni-eyni mövzulara müxtəlif bucaqlardan baxmaqdadır. Yeganə ümidimiz yeni istedadlı yazıçının ortalığa çıxmasınadır."

O, kinonu "etibarsız dost" adlandıraraq deyib ki, beş il bundan əvvəl çəkdiyi film artıq çox köhnə sayılır.

"Filmlər gəldi-gedərdir. Zaman ötdükcə parlaqlığını saxlayan film adı çəkmək çətindir. Keçmişdəki çoxsyalı filmlərin yalnız beş faizi bugünə qalıb. Bugündən gələcəyə hansı filmin qalacağını demək olmur."

Sokurov öz “Faust” filmini yazıçılar Goethe və Thomas Mann-ın əsərləri əsasında çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG