Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:36

Venesiya kinofestivalının baş mükafatını Sokurov aldı


İtaliya - Sokurova Venesiya Film Festivalının baş mükafatı verilir
İtaliya - Sokurova Venesiya Film Festivalının baş mükafatı verilir
Venesiya Film Festivalının Münsiflər Heyəti baş mükafatı - "Qızıl şir"i yekdilliklə rus rejissoru Aleksandr Sokurovun "Faust" filminə verib.

Mükafatı rejissora münsiflər heyətinin sədri Darren Aranofski təqdim edib.

Sokurovun filmi əvvəldən festivalın favoriti sayılırdı. Amma onun yetərincə güclü rəqibləri də vardı: Roman Polanski, Corc Kluni, Uilyam Fridkin və başqaları.

Filmin ssenari müəllifi Yuri Arabovdur. Ssenari dahi alman şairi Götenin İblislə müqavilə bağlamış kimyagər haqqında eyni adlı poeması əsasında yazılıb.

"Faust" filmi 9 milyon avrodan baha başa gəlib. Praqa yaxınlığında çəkilişlər üçün xüsusi şəhərcik də tikilib.

(ÇƏKİLİŞ MEYDANÇASINDAN KADRLARA BAX)

Bu həm də Sokurovun yaradıcılığında ən bahalı filmdir. "Faust" Sokurovun tarixi tetralogiyasının son halqasıdır.

Bundan qabaq rejissor həmin tetralogiyada Lenin, Hitler və imperator Hirohito haqqında "Молох", "Телец" və "Солнце" filmlərini də çəkib.

Faust rolunu alman teatr aktyoru İohanes Tsayler ifa edib. Mefistofeli isə DEREVO teatrının qurucusu Anton Adasinski oynayıb.

Filmdə Leonid Mozqovoy də çəkilib.

Festivalın ikinci mükafatını - "Gümüş şir"i isə Çin istehsalı olan "İnsanlar, dağ, insanlar, dəniz" filmi qazanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG