Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:51
Dünyanın nüfuzlu kino festivallarından biri – Venesiya festivalına qatılmış filmlərin adları açıqlanıb.

22 film arasında tanınmış rus rejissoru Aleksandr Sokurovun “Faust”u da var.

Film dahi alman şairi Götenin İblislə müqavilə bağlamış kimyagər haqqında eyni adlı poeması əsasında çəkilib.

Filmin büdcəsi 12 milyon avrodur.

(“Faust” rus rejissorun çəkdiyi tetralogiyanın son hissəsidir. Bundan əvvəl eyni silsilədən "Молох", "Телец" və "Солнце" filmləri də çəkilib).

12 milyon avronun böyük hissəsi dekorasiyalara xərclənib: Praqa yaxınlığında film üçün xüsusi şəhərcik tikilib.(ÇƏKİLİŞ MEYDANÇASINDAN KADRLARA BAX)

Faust rolunu alman teatr aktyoru İohanes Tsayler ifa edib. Mefistofeli isə DEREVO teatrının qurucusu Anton Adasinski oynayıb.

Filmdə Leonid Mozqovoy də çəkilib.

Festivala təqdim edilən filmlər arasında Roman Polanskinin “Qırğın”, Corc Kluninin

“The Ides Of March” (ABŞ), Tomas Alfredsonun “Tinker, Tailor, Soldier, Spy” (Böyük Britaniya), Kristina Komencini-nin “Quando La Notte”, (Italiya), Sion Sononun “Himizu” (Yaponiya) filmləri də var.

Venesiya film festivalı avqustun 31-dən sentyabrın 10-dək davam edəcək.

Festivalın münsiflər heyətinə amerikalı rejissor Darren Aronofsky rəhbərlik edəcək.

Sentyabrın 10-da ən yaxşı film üçün “Qızıl şir”, ən yaxşı rejissor işi üçün “Gümüş şir” mükafatları təqdim ediləcək.

Ən yaxşı qadın rolu, ən yaxşı kişi rolu üçün mükafatlar, elə də başqa prizlər də olacaq....

Günün bütün mövzuları

XS
SM
MD
LG