Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 10:44

Bloqqerin şikayəti təmin olunmadı


Mehman Hüseynov

Bakı Apellyasiya Məhkəməsi yanvarın 31-də bloqqer Mehman Hüseynovun şikayətini təmin etməyib.

Bu haqda M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə heyətinin M.Hüseynovun 200 manat cərimə edilməsini qanuni hesab etdiyini bildirib.

Buna da bax:​ AŞPA: 'Mediaya basqılar dayandırılsın'

E.Sadıqov sözügedən iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Buna da bax: Bloqqer 'qəpik aksiyası'nı başa vurdu

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG