Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:58

Məmmədyarov həmsədrlərlə görüşəcək


Məmmədyarov həmsədrlərlə görüşəcək
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Məmmədyarov həmsədrlərlə görüşəcək

«Bəzi təkliflər vardı ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Təəssüf ki, alınmadı».

APA-nın xəbərinə görə, bu sözləri yanvarın 31-i Qətərin xarici işlər naziri Mohammed bin Abdulrahman Al-Thani ilə görüşündən sonra Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu təkliflə Rusiya tərəfi çıxış edib: «Azərbaycan buna razıdır. Amma bu görüş nəticəli olmalıdır».

E.Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı vasitəçi tərəfin-ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşəcəyini də bildirib: «Görüş fevralın 17-19-da olmalıdır. Mən bu görüşə razılıq vermişəm».

O, ötən il dekabrın 29-u cəbhə bölgəsində həlak olan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin indiyə kimi qaytarılmamasını Ermənistanın antihumanist hərəkəti adlandırıb.

PREZİDENTİN QƏTƏRƏ SƏFƏRİ GÖZLƏNİR

E.Məmmədyarov mətbuat konfransında Qətərlə münasibətlərdən də bəhs edib. O deyib ki, Qətər və Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir: «Böyük planlarımız var. Bu gün hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq. Biz qərara gəlmişik ki, fevral ayında iqtisadi əlaqələri daha da intensivləşdirək. Biz Körfəz ölkələri ilə güclü əməkdaşlıq qururuq. Ola bilsin ki, bu yay Bakıda Körfəz ölkələri xarici işlər nazirləri ilə görüş oldu».

E.Məmmədyarov Qətər və Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafından ötrü böyük imkanlar olduğunu söyləyib: «Bu ölkədən Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Qərara gəlmişik ki, «Qatar Airlines» Azərbaycana uçuşlarını artırsın».

E.Məmmədyarov vurğulayıb ki, prezident İlham Əliyevin Qətərə səfəri planlaşdırılır.

Mohammed bin Abdulrahman Al-Thani isə deyib ki, Azərbaycanın üzləşdiyi problemlərlə əlaqədar öz dəstəklərini təklif edirlər: «İnvestisiyaların təşviqi üçün fondların yaradılması fikri müzakirə olunur. Biz inanırıq ki, mədəniyyət sahəsindəki əməkdaşlıq da əlaqələri gücləndirəcək. Hətta ilin bu fəslində Qətər vətəndaşları Azərbaycana səfər edir. Tələbə mübadiləsi məsələsinə də toxunduq».

XS
SM
MD
LG