Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:28

Təhlükəsizlik Şurasının təcili iclası çağrılıb


BMT Təhlükəsizlik Şurası

Bu gün-yanvarın 31-də BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək. İclas ABŞ-ın tələbiylə, İranın raket sınaqları üzündən çağrılıb.

Yanvarın 29-da İran ortaməsafəli ballistik raketlərini sınaqdan keçirib. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker Tehranın bu addımını pisləyib, onu beynəlxalq sülhə və təhlükəsizliyə zidd davranışda günahlandırıb. İsrail də şuranı İranı cəzalandırmağa çağırıb.

Sınaqların BMT qətnamələrini pozduğu təsdiqlənsə, ABŞ BMT Şurasına müraciət etmək niyyətindədir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley vəzifəsinə keçən həftə təyin olunub və bu onun rəhbərlik etdiyi missiyanın təşəbbüsüylə çağrılan ilk toplantıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG