Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Reanimasiya şöbəsində xəstəni zorlamaqda şübhəli bilinən həkim saxlandı


Foto arxiv

Moskva xəstəxanasında qadını zorlamaqda şübhəli bilinən həkim-anestezoloq saxlanıb.

TASS-ın məlumatına görə, insident Yanvarın 4-5-də Podolsk şəhər xəstəxanasının reanimasiya şöbəsində baş verib.

Məlumatı yanvarın 30-da Lente.ru portalınaRusiya istintaq komitəsinin Moskva vilayəti üzrə istintaq idarəsinin nümayəndəsi Yelena Fokina da dəstiqləyib.

İstintaqın məlumatına görə, gecə növbəsində olan həkim sərxoş vəziyyətdə 43 yaşlı xəstəyə qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaqın qənaətinə görə fiziki durumuna görə kpməksiz halda olan , ona heç bir müqavimət göstərə bilməyib.

Faktla bağlı seksual xarakterli zorakılıq maaddəsi ilə cinayət işi açılıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, 2016-cı ilin ynvarında isə Belqorod xəstəxanasının həkimi xəstəni amansızcasına döyərək öldürüb.

İnsidentin videosu ölkədə böyük ictimai rezonansa səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG