Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 00:45

«Bakı və Abşeron yarımadasında bir neçə ərazini su basıb».

«Report» bu xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən yayıb.

Xəbərdə bildirilir ki, Sabunçu rayonunun bir neçə qəsəbəsində qrunt sularının səviyyəsi qalxıb: «Rayonun Maştağa qəsəbəsində «daş karxanası» adlanan ərazidə, Savalan yaşayış massivində, Yeni Ramana qəsəbəsindəki «Şuşa şəhərciyi»ndə subasma hadisələri baş verib. Bəzi ərazilərdə üst (səth) suları, bəzi yerlərdə qrunt suları əraziyə yayılıb»,-nazirlikdən qeyd edilib.

Xəbərə görə, nəticədə Zabrat gölünün səviyyəsi qalxıb: «Həmin ərazidə çoxlu evlər tikilib. Ərazidə mərkəzləşmiş kanalizasiya xətti və drenaj şəbəkəsinin olmaması əhalini kustar üsullardan istifadə etməyə məcbur edir. Bu cür üsullardan istifadə də qrunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır».

Xəbərdə bildirilir ki, Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca da subasma baş verib. Nazirlik hələ yağıntılar davam etdiyindən, bu vəziyyətin uzun müddət dəyişməyəcəyini düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG