Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:30

«2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3.2 faiz azalıb».

APA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib

O, bunu amnistiya aktının tətbiqi ilə izah edib: «Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü vaxtından əvvəl azadlığa çıxıb. Bundan başqa, 137-si əfv olunub, 2891-i amnistiya aktına düşüb, 8-i xəstəliyə, 110-u isə qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla görə azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG