Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:18

Əsgərin intihar etdiyi deyilir


Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi əsgər Xanəli Fəttayevin vəfatı ilə bağlı açıqlama yayıb.

«Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Xanəli Fəttayevin qarşı tərəfdən açılan atəş nəticəsində həlak olması barədə yanvarın 29-da sosial şəbəkə və bəzi yerli elektron informasiya resurslarında yayılan məlumatlar həqiqətəuyğun deyil»,- açıqlamada qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, intihar nəticəsində həlak olub. «İkin araşdırmalara görə, intihar xidməti fəaliyyətlə əlaqəli deyil. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır»,-deyə açıqlamada vurğulanır.

Mərhum əsgərin valideynlərinin hadisə ilə bağlı münasibəti isə, hələlik, bəlli deyil. Hadisənin nə vaxt və harada baş verdiyi də açıqlanmır.

Əsgər Xanəli Fəttayev sosial şəbəkələrdə fəal olub, özünün yazdığı fikirlərlə daim diqqət çəkib. Onun ölüm xəbərindən sonra sosial şəbəkələrdə bir vaxtlar yazdığı bildirilən statuslar paylaşılır:

«6-cı sinifdə oxuyurdum. Hər səhər 5-də, 6-da durar, belimdə çəkisi ağır, içi boş məktəb çantası, əlimdə 10-15 kq yüklə düşərdim küçələrə. Ucuz qiymətə aldığım sellofan paketləri mağazalara satıb, sonra məktəbə gedərdim. Bu, payızın yağışında, qışın şaxtasında hər gün davam edərdi .Özümə bir saqqız belə almağa qıymırdım. Bacım evlənəcəkdi. Evə cehiz almağa kömək edirdim. Axı qardaş idim...».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG