Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

Milli fəala 10 il həbs, 2 il sürgün cəzası verilib


İranda yaşayan azərbaycanlıların etiraz aksiyası
İranda yaşayan azərbaycanlıların etiraz aksiyası

İran Azərbaycanlısı Siyamək Mirzayi milli ideyalar uğrunda mübarizə aparırdı

İran azərbaycanlısı, milli fəal Siyamək Mirzayi 10 il azadlıqdan məhrum olunub və 2 il də sürgünə məruz qalıb.

Bu barədə "Araznyus" xəbər yayıb. Siyamək Mirzayı “xaricilərlə əlaqədə” və ölkənin milli təhlükəsizliyinə təhlükə yaratmaqda ittiham olunur.

Gülüstani İnqilab Məhkəməsi onun barəsində hökmü bu il yanvarın 21-də verib.

Siyamək Mirzayi 2016-cı ilin oktyabrında da “xaricilərlə əlaqələrdə” ittiham edilələk 5 saat saxlanmışdı.

Məhkəməni yaxından izləyən Siyamək Mirzayi-nin atası bildirib ki, oğlu bütün ittihamları rədd edib.

Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları Siyamək Mirzayini iyulun 14-də onun iş yerində həbs edib və Evin həbsxanasına göndəriblər.

Milli fəal Siyamək Mirzayi dəfələrlə həbs olunub və hədələnib. O, hazırda Tehranda Evin həbsxanasındadır.

“Biz azərbaycanlı, türk, müsəlmanıq”

Facebook, Tvitter sosial şəbəkələrində Siyamək Mirzayi İran azərbaycanlılarının milli kimliyi uğrunda mübarizə aparan şəxs kimi təsvir edirlər. Sosial şəbəkələrdə yayılmış videoda 9-cu əsr Xürrəmilər hərəkatının məskəni olan Bəzz qalasında Siyamək Mirzayi deyir ki, Babək və onun hərakatı iran azərbaycanlılarına öz milli kimliklərini indiyə qədər saxlaya bilməsində böyük rol oynayıb. O vurğulayır ki, dinə və digərlərinə qarşı mübarizə aparmırlar: “Biz müsəlmanıq, amma azərbaycanlı, türk müsəlmanıyıq”, o deyir. Siyamək Mirzayi çıxışını “bölünmüş vətən”dən bəhs edənşeirlə bitirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG