Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:40

Səfirliklərdə ticarət nümayəndəlikləri nə ilə məşğul olacaq?


Xarici İşlər Nazirliyi

Azərbaycanın xaricdəki səfirliklərində ticarət nümayəndəlikləri yaradılır. Normal iqtisadiyyatı olan ölkələr bundan mallarını satmağa bazar tapmaq üçün istifadə edirlər. Azərbaycan bu nümayəndəliklər vasitəsilə nələrini satacaq, bu nümayəndələr nə iş görəcəklər? Satılası bir şey varmı ortalıqda?

İqtisadçı ekspert Zöhrab İsmayıl Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişləndirmək istəyi baxımından səfirliklərdə ticarət attaşesinin olmasını normal hesab edir. Amma ekspert deyir ki, ticarət nümayəndəliyi yeni struktur yaratmaq deməkdir.

Zöhrab İsmayılın fikrincə, ölkə belə bir struktur yaratmamışdan əvvəl müəyyən etməlidir ki, xarici ölkələrə nə sata bilər? Ekspertin sözlərinə görə, ilk növbədə gərək ticarət üçün nəsə olsun. Zöhrab İsmayıl deyir ki, gərək bütün bunlar üçün dövlətin kompleks proqramı olmalıdır. Ekspert deyir ki, görünən odur ki, belə bir proqram yoxdur.

Zöhrab İsmayıl :"ticarət üçün gərək nəsə olsun..."
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Ekspert Natiq Cəfərlinin fikrincə xarici ticarət nümayəndəliklərinin yaradılması normal beynəlxalq taktikadır. Amma Natiq Cəfərli onu da deyir ki, problem odur ki, Azərbaycanın xaricə çıxara biləcəyi malların çeşidinin kifayət qədər az olması və rəqabətə davamlı məhsulların olmamasıdır.

Onun sözlərinə görə ilk növbədə bu problemi həll etmək lazımdır. Ekspertin fikrincə bunun üçün bu sahədə işlər görmək lazım idi.

Natiq Cəfərli: "malların çeşidi az, rəqabətə davamlılılığı yox..."
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

Ticari məsələlər üzrə ekspert Sevgim Rəhmanovun sözlərinə görə, dövlətlərarası əlaqələrin ən yaxşı inkişafı ticarət vasitəsi ilə olur. Sevgim Rəhmanov bildirir ki, bu ilk növbədə sahibkarlara şərait yaradacaq ki, öz məhsullarını xaricdə tanıda bilsinlər.

Ekspert deyir ki, Azərbycanın dünyaya çıxarılacaq onlarla məhsulu var. Onun sözlərinə görə həmin xarici nümayəndəliklər vasitəsi ilə bu məhsullar dünyaya çıxarıla bilər.

Sevgim Rəhmanov: "bu, sahibkarlara şərait yaradacaq ki..."
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG