Yanvarın 27-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.9165 səviyyəsində formalaşıb.
Yanvarın 25-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.9052 manat müəyyən olunmuşdu.
Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.