Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 11:15

Trump Meksikadan idxala 20% vergi tətbiq edə bilər


Donald Trump

Meksika prezidenti Enrike Pena Neto (Enrique Pena Nieto) ABŞ prezideni Donald Trumpla nəzərdə tutulan görüşünü təxirə salıb.

Görüş yanvarın 31-də keçirilməli idi.

Bu barədə CNN televiziyası məlumat yayıb.

Donald Trump bundan əvvəl Tvitter səhifəsində yazıb ki, əgər Meksika ABŞ-la sərhəddə tikiləcək divara pul verməsə Pena Neto Vaşinqtona nəzərdə tutulan səfərini təxirə salmalıdır.

Məlumatlara görə Pena Neto Trumpla görüşdən imtina etmək üçün ölkə daxilində təzyiqlərlə üzləşib.

Qeyd edək ki, Donald Trump seçkiqabağı vədinə əməl edərək çərşənbə günü Meksika ilə sərhəddə divar tikilməsi barədə sərəncam imzalayıb.

Meksikanın xarici işlər naziri Luis Videgaray-ın rəhbərlik etdiyi nümayəndə heyəti məhz həmin gün Vaşinqtonda səfərdə olub.

ABŞ prezidenti hesab edir ki, sərhəddə tikiləcək divarın pulunu Meksika ödəməlidir.

Ağ ev bu arada bəyan edib ki, Donald Trump divarın pulunu çıxarmaq üçün Meksikadan idxala 20% vergi tətbiq edilməsinə baxır.

Bunu jurnalistlərə Ağ evin sözçüsü Şon Spaysə (Sean Spicer ) deyib.

Amma o qeyd edib ki, prezident başqa variantları da götür-qoy edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG