Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Səfirliklərdə ticarət nümayəndələri də olacaq


Xarici İşlər nazirliyi

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin ediləcək.

Prezident İlham Əliyev yanvarın 26-da bununla bağlı fərman imzalayıb.

Fərmana görə, ticarət nümayəndələri təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması sahəsində çalışacaqlar. Onlar Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkənin biznes mühitinin, investisiya imkanlarının təbliği istiqamətində tədbirlərdən məsul olacaqlar.

Buna da bax:​ Azərbaycan Amerikaya nə sata bilər?

Fərmanda Nazirlər Kabinetinə tapşırıqlar verilib.

NK ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi, diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayıb bir ay müddətində prezidentinə təqdim etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG