Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:16

Nardaran məhbusu səfirliklərə müraciət etdi


"Nardaran işi" məhkəməsi önündə

Nardaran hadisələriylə əlaqədar 12 nəfərdən ibarət ikinci qrupda mühakimə olunanlardan biri olan Vüsal Alış beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə və xarici ölkə səfirliklərinə müraciət edib.

Nardaran məhbusu diplomatik korpusun təmsilçilərini Taleh Bağırov və digərlərinin işində olduğu kimi, bu məhkəmə prosesini də diqqətdə saxlamağı xahiş edir.

Buna da bax:​ 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

"Biz heç bir cinayət törətməmişik. Bizə böyük böhtan atılıb. Terrorçuluğa cəhd, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd, dini nifrət salma və başqa ittihamların heç bir əsası yoxdur. Onlar şər-böhtandan başqa bir şey deyil. Əgər məhkəmə iclaslarını izləsəniz, özünüz də bunun şahidi ola bilərsiniz. Bu böyük haqsızlığı, zülmü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda bizə yardım edin", – Vüsal Alış müraciətində yazır.

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov da daxil, 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: 2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'

İttiham aktına görə, onlar dövlətin konstitusion quruluşunu zorla dəyişmək, dövlət çevrilişi hazırlamaq məqsədilə tərəfdar toplayıb, silahlanmaqda suçlanır. Onlara terrorçuluqdan tutmuş, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və qanunsuz silah saxlamağadək 10-dan çox maddə ilə ittiham verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG