Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 03:08

Taleh Bağırovun tərəfdarı yoxa çıxıb


Taleh Bağırov

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun tərəfdarı, Nardaran işi məhkəməsinin daimi iştirakçılarından olan Əhsən Nuruzadədən üç gündür ki, xəbər yoxdur.

Bu haqda AzadlıqRadiosu-na onun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, Əhsən Nuruzadə sonuncu dəfə yanvarın 24-də evdən çıxıb və bu günə qədər onun harada olduğu haqda heç bir məlumat ala bilmirlər.

Buna da bax:​ Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb [yenilənib]

Ailəsi Ə. Nuruzadənin yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin "102" xidmətilə əlaqə saxlayıb. Cavabında onlara tövsiyə olunub ki, Nərimanov rayonu, 18-ci polis bölməsinə yazılı ərizə ilə müraciət etsinlər. Ə. Nuruzadənin həyat yoldaşı ərizə də yazıb. Amma bunun da nəticəsi olmayıb.

Əhsən Nuruzadənin həbs olunduğunu ehtimal edən yaxınları vəkil Yalçın İmanovla müqavilə bağlayıb. Müdafiəçi yanvarın 26-da gün ərzində müxtəlif qurumlara müraciət etsə də, hələ ki, Ə. Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Buna da bax: Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

XATIRLATMA

Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG