Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:08

Həccə gedənlər azalır


Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar. 2016

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi 2017-ci ildə Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

Bu haqda idarənin saytı xəbər verir.

Məlumatda bildirilir ki, builki ziyarət azərbaycanlı zəvvarlardan ötrü vahid formada təşkil olunacaq. Ziyarət yalnız təyyarə ilə həyata keçiriləcək.

Birnəfərlik ziyarət paketinin qiyməti 3 min 850 dollar dəyərində müəyyən edilib.

Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlara 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulunda xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Həcc ziyarətinə sənəd qəbulu yalnız idarənin Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

XATIRLATMA

2016-cı ildə Həcc ziyarətinin qiyməti 3 min 500 və 4 min 500 dollar təşkil edirdi. Gündə iki dəfə yemək verilən və aşağı komfortlu otellərdə qalanlara ümumi ziyarət xərci 3 min 500 dollar idi. Daha yaxşı şəraitli və yeməkləri çeşidli olan otellərdə qalmaq istəyənlər isə 4 min 500 dollar ödəməli idilər.

Bir il əvvəl ziyarətçi kvotası 1500 nəfər müəyyən edilmişdi.

2015-ci ildə isə ziyarətçilərin sayı 2 min 400 nəfər olmuşdu.
Ekspertlər kvotanın aşağı salınmasını əhalinin maddi durumu ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG