Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Goranboy icra hakimiyyətində nöqsanlar


Hesablama Palatası

Yanvarın 26-sı Hesablama Palatası Goranboy rayon İcra Hakimiyyəti, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda auditin nəticələrini açıqlayıb.

Palata xəbər verir ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 7 milyon 213.6 min manat vəsait əhatə olunub.

Auditin nəticələrinə görə, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib. Gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri-yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmayıb. Mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmayıb.

Auditə əsasən, qurumların təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, artıq ştat saxlanılması hallarına yol verilib.

Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin dəyərinin artırıldığı, vergi, satınalmalar üzrə qanunvericiliyin və Əmək Məcəlləsinin tələblərinin pozulduğu bildirilir.

Bundan başqa, Milli Mühasibat Uçotu Standartlarına keçidin təmin olunmadığı qeyd edilir.

Auditin nəticələri ilə bağlı Milli Məclis bilgiləndirilib.

Azərbaycanda Hesablama Palatası 2001-ci il iyunun 12-də yaradılıb. Palata həmin il dekabrın 7-dən rəsmən fəaliyyət göstərir.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.

Goranboy rayon İcra Hakimiyyəti qurumun sonuncu açıqlamasını şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG