Mərkəzi İtaliyada qar uçqununun basdığı “Rigopiano” hotelindən daha 6 nəfərin cəsədi tapılıb.
Beləliklə ölü sayı 24 nəfərə çatıb.
6 nəfər hələ də itkin düşmüş hesab olunur.
İndiyədək 4 uşaq da daxil olmaqla 11 nəfəri xilas etmək mümkün olub.
Qar uçqunu yanvarın 18-də bu bölgədə baş verən zəlzələnin ardınca gəlib.
Qəza vaxtı hoteldə 30-dan çox adam olduğu güman edilir.
Ötən il Mərkəzi İtaliyada bir neçə dağıdıcı zəlzələ baş verib.
Təkcə avqustda bu regionda baş verən zəlzələdə təxminən 300 adam ölüb.
Bu 1980-ci ildən bu yana ölkədə baş verən ən güclü zəlzələdir.
Hakimiyyət dəymiş ziyanın aradan qaldırılması və zəzərçəkənlərə yardım üçün 4 milyard avro ayrıbı.