Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:05

Dəniz Qüvvələri komandanı ehtiyata göndərilib


Arxiv fotosu.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata göndərilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadənin hərbi əsasnaməyə əsasən ehtiyata göndərildiyi bildirilir.

Buna da bax:​ Hərbi dəniz qüvvələri təlimlərə cəlb olunub

“Polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib. H.Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb”, nazirlik bildirir.

Nazirlik komandan vəzifəsinə yeni təyinat haqda bilgi verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG