Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 17:56

'Pegasus' Azərbaycana hələ qayıtmır


«Pegasus»

«Pegasus» hava yolları şirkəti, hələ ki, İstanbul-Qəbələ-İstanbul reysini bərpa etməklə bağlı qərar verməyib.

Bunu AzadlıqRadiosuna şirkətin biznes inkişafı departamentinin direktoru Ozan Ortaç bildirib.

Azərbaycan «Pegasus»un mövsümlə əlaqədar reyslərini dayandırdığını bildirirdi.

Şirkət ötən ilin oktyabrında Azərbaycana uçuşlarını dayandırmışdı. Ancaq «Pegasus» AzadlıqRadiosuna bunu Qəbələ reyslərinin gözlənən nəticə verməməsi, uçuşların gəlirli olmaması ilə izah etmişdi. Oradan bildirmişdi ki, zərər etməsin deyə, reysləri bağlamaq qərarına gəlib.

Türkiyənin azbüdcəli uçuşlarıyla tanınan «Pegasus» şirkəti 2016-cı ilin martından həftədə 3 dəfə İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirirdi.

Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu da açmışdı.

«Pegasus»un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü.

Hazırda Azərbaycanda turizmin inkişafından ötrü azbüdcəli təyyarə reyslərin yaradılması və digər ölkələrin azbüdcəli hava yolları ilə əməkdaşlıq mövzusu müzakirə mövzusudur. Bu məsələ prezidentin təsdiqlədiyi turizmin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində də öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG