Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 23:57

İlkin Rüstəmzadə xəstələnib


İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə mədə-bağırsaq sistemi xəstəliyindən əziyyət çəkir.

Bu haqda onun özü yanvarın 25-də yaxınlarına telefonla xəbər verib.

İ.Rüstəmzadə ağrılarının artdığını deyib. O, səhhətindəki problemlərlə bağlı davamlı olaraq cəzaçəkmə müəssisəsi rəsmilərini bilgiləndirdiyini söyləyib.

«6 aydır ki, mədəmdən, bağırsaq sistemindən əziyyət çəkirəm. Dəfələrlə rəhbərliyə tibbi yardım göstərilməsinə şərait yaradılmasından ötrü müraciət etmişəm. Hər dəfə müraciətlərimə cavablarında bildiriblər ki, «gözlə, həll edəcəyik». İndi isə deyirlər ki, mümkün deyil, çünki «yuxarı» qoymur», - İ.Rüstəmzadə yaxınlarına bildirib.

MÜALİCƏ ETMİRLƏR

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin ciddi xəstə olduğu bildirilir.

Bu haqda keçmiş məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu xəbər yayıb.

Onun bildirdiyinə görə, İ.Rüstəmzadənin səhhəti getdikcə daha da pisləşir: «Dəfələrlə müraciət etməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti onun müalicə olunmasına imkan vermir».

T.Yaqubluya görə, suçsuz, istedadlı və əqidəli bir gənci şərləyib uzunmüddətli azadlıqdan məhrum etməklə ürəyi soyumayan iqtidar onu həbsxanada məhv etmək istəyir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən İ.Rüstəmzadənin durumu ilə bağlı bilgi və bu açıqlamaya münasibət almaq, hələlik,mümkün olmayıb.

XATIRLATMA

İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.

OnaAzərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq İ.Rüstəmzadənin Bakı bulvarında «Harlem Shake» rəqs fleşmobu təşkil etməsini və videosüjeti YouTube-da yerləşdirməsini xuliqanlıq sayıb.

Sonradan İ.Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadə ilə bağlı iki şikayəti araşdırır.

«Amnesty International» İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.

Multimedia

XS
SM
MD
LG