Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

AZAL-ın bələdçiləri Londonda saxlanılıb [yenilənib]


AZAL

AZAL-ın bələdçiləri London polisindən buraxılmayıb

“London polisi AZAL-ın bələdçilərini sərbəst buraxmayıb. Hazırda araşdırma aparılır”.

Bu haqda APA-ya Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, London polisinin saxladığı bələdçilərin işi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir.

P.Kəsəmənski həmçinin, AZAL-ın gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözlədiklərini bildirib.

Buna da bax:​ 'Bank Silk Way' 2016-cı ildən mənfəətlə çıxıb

O, qeyd edib ki, aviareys başqa bələdçilərlə yerinə yetiriləcək.

Aviareysin sərnişinlərinin otellərə yerləşdirildiyi bildirilir.

* * *

Yanvarın 24-də «Azərbaycan Hava Yolları» (AZAL) QSC aviaşirkətinin Bakı-London aviareysi yerinə yetirilən zaman insident yaşanıb.

AZAL-ın mətbuat xidmətindən verilən xəbərə görə, sərnişinlərdən biri həddindən artıq spirtli içki qəbul edib. O, əlavə spirtli içki verilməsini tələb edib. Mətbuat xidməti qeyd edir ki, bələdçilər də bu tələbi mümkün saymayıblar. Sərnişin də buna narazılığını bildirib.

Buna da bax: AZAL-ın gəlirləri artıb

Xəbərə görə, aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin sərnişinə ləyaqətsiz davranmaları ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı araşdırma məqsədilə Londonda saxlanılıb.

APA-nın xəbərinə görə, elə bu üzdən də London-Bakı aviareysində gecikmə yaranıb. Xəbərdə qeyd edilir ki, aviareys Bakı vaxtı ilə saat 07:35-də yerinə yetirilməli idi.

Buna da bax:​ Deputatlar AZAL-ı kəskin tənqid ediblər

Xatırlatma

Yanvarın 24-də AZAL-ın Bakı-London aviareysi yerinə yetirilən zaman insident baş verib.

AZAL-ın açıqlamasına görə, insidentə sərnişinlərdən birinin həddən artıq spirtli içki qəbul etməsi səbəb olub. Onun əlavə spirtli içki tələb etdiyi, bələdçilərin bu tələbə əməl etmədiyi, bu üzdən insident yarandığı bildirilir.

AZAL bildirir ki, London polisinə təyyarə bələdçilərinin sərnişinə ləyaqətsiz davranmaları ilə bağlı şikayət daxil olub. Bunun ardınca bələdçilər polisdə saxlanılıblar.

Buna da bax:

Işadamı: "Pulumun itməsinə görə AZAL məsuliyyət daşıyır"
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Multimedia

XS
SM
MD
LG