Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

'Bank Silk Way' 2016-cı ildən mənfəətlə çıxıb


Bank Silk Way. Screenshot (http://banksilkway.az)

2016-cı ildə “Bank Silk Way”in aktivlərinin 2015-ci ilə nisbətən 42 milyon 39 min manat və ya 11,6 faiz artdığı bildirilir. Onun aktivlərinin hazırda 403 milyon 992 min manat təşkil etdiyi qeyd edilir.

“Turan” Agentliyinin məlumatına görə, hesabat dövründə bankın öhdəlikləri də artıb. Bu məbləğ 29 milyon 22 min manat göstərilir. Öhdəliklərin ümumi məbləğinin isə 287 milyon 531 min manata çatdığı qeyd edilir.

Bankın depozitlərinin isə 170 milyon 44 min manata yüksəldiyi açıqlanıb. Artımın 20 milyon 804 min manat təşkil etdiyi bildirilir.

Buna da bax:​ Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Fiziki şəxslərin müddətli depozitlərinin 120, hüquqi şəxslərin müddətli depozitləri isə 6 milyon manatdan artıq olduğu qeyd edilir.

“Bank Silk Way”in Mərkəzi Banka borcunun isə 22 milyon 500 min manat olduğu söylənir.

Bankın kapitalındakı artımın 13 milyon 17 min manat təşkil edərək 116 milyon 461 min manata çatdığı açıqlanıb.

Bankın ili 1 milyon 558 min manat mənfəətlə başa vurduğu bildirilir.

Buna da bax: Beynəlxalq Bank hansı işlərinə görə batdı?

Yarımillik hesabatında “Bank Silk Way”in 2016-cı ilin birinci yarısında 429 min manat ziyana düşdüyü açıqlanmışdı.

Xatırlatma

“Bank Silk Way” “Azalbank”ın üzərində qurulmuş bankdır. Əvvəlcə “Azalbank” “Silkwaybank” adlandırılıb. 2008 ilin yanvarından AZAL Səhmdar Kommersiya bankının adı “Bank Silk Way”ASC kimi dəyişdirilib.

Buna da bax:​ Valyuta qara bazarı canlanıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiyası bilgisində “Silkwaybank”ı 3 təsisçinin yaratdığı göstərilir. Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Arzu İlham qızı ƏliyevaZərifə Kamil qızı Həmzəyeva.

Bank ən sonuncu dəfə öz səhmdarları haqqında 2010-cu ildə Bakı Fond Birjası vasitəsilə məlumat verib. O zaman bankın 3 səhmdarı olub. «Silk Way Holding» şirkətlər qrupuna daxil «Silk Vey Aviaşirkəti» MMC bankın 41,83 faizinin mülkiyyətçisi idi. Hazırda bu şirkətin bankın səhmdarı olmadığı deyilir. Yerdə qalan səhmlərin Arzu İlham qızı Əliyevaya (29,085 faiz) və Zərifə Kamil qızı Həmzəyevaya (29,085 faiz) məxsus olduğu bildirilir.

Buna da bax: Bankların yarıdan çoxu hesabatını açıqlamayıb

Azərbaycandan bankların böyük bir qisminə hakimiyyət rəsmilərinin ailə üzvlərinin və yaxınlarının himayədarlıq etdiyi deyilir.

Ekspertlərin fikrincə, iki il əvvəl ölkədə baş verən iki devalvasiya bank sektoruna böyük zərbə vurub. Ötən il ölkədə 10 bankın lisenziyası alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG