Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 00:47

Bakıda yapon filmləri festivalı olacaq

Yapon filmləri festivalı
Yapon filmləri festivalı

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı açılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadla yaydığı xəbərə görə, «Landmark» biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək.

Festival çərçivəsində 5 yapon filmi – «Məktub», «Pekorosun anası ilə görüş», «Kaitan şəhərinin əhvalatları», «Sən yaxşı uşaqsan» və «Çevrəmizdəkilər» adlı ekran əsərləri təqdim olunacaq.

Filmlər hər gün 3 seansda, Azərbaycan dilində subtitrlərlə göstəriləcək.

XS
SM
MD
LG