Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:30

Donald Trump Çikaqoya təhlükəsizlik qüvvələri göndərə bilər


Donald Trump

ABŞ Prezidenti Donald Trump bildirib ki, əgər Çikaqo rəhbərliyi cinayətkarlıqla bacarmasa şəhərə Federal təhlükəsizlik qüvvələri göndərəcək.

Bu barədə prezident özünün Tvitter hesabında yazır.

Məlumata görə, təkcə 2017-ci ildə 228 dəfə atışma halı qeydə alınıb ki, bu ümumilikdə 42 nəfərin ölümü ilə nəticələnib.

“Əgər Çikaqo buna son qoymasa, ora federal qüvvələr göndərəcəm”, Trump yazır.

ABC News-un məlumatına görə ötən il Çikaqoda 3500-dən çox belə insident və 562 ölüm halı qeydə alınıb.

“Chicago Tribune” qəzetinin yazdığına görə isə 2016-cı ildə 762 ölüm halı qeydə alınıb ki, bu son 20 ildə rekord hesab olunur.

Şəhər polis departamentinin sözçüsü Frenk Cinkamili isə bu rəqəmlə razılaşmır.

Amma polis rəsmisi Eddi Conson Çikaqoda cinayətkarlığa son qoyulması üçün federal hüquq-mühavizə orqanları ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, cinayətkarlıqla mübarizə seçkiqabağı kampaniyalar zamanı Donald Trumpın diqqətində duran məsələlərdən idi.

Həmçinin cinayətkarlığa aparan narkotik və yoxsulluq problemi prezidenti narahat edən məsələlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG