Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:43

Nərmin Kamalın yeni kitabı "Küçədən keçən adam haqda yazılar" çıxdı.


Nərmin Kamalın yeni kitabının üz qabığı.
Nərmin Kamalın yeni kitabının üz qabığı.

Yazıçı Nərmin Kamalın "Küçədən Keçən Adam haqda yazılar" adlı yeni kitabı Alatoran Yayınlarında çapdan çıxıb.

"Küçədən Keçən Adam haqda yazılar" kitabında Nərmin Kamalın 70-ə yaxın essesi toplanıb. Yazıçı kitabı haqda Oxu Zalına bunları deyir:

"Niyə küçədən keçən adam? Çünki küçədən keçən adam hər kəsdir, həm də neytral adamdır. Biri o biriylə mübahisə edəndə deyir, çıx küçədən 3 nəfər kişi çağır, gör mən düz deyirəm, ya yox".

Buna da bax: Nərmin Kamal. Siz əslində yoxsunuz

Kitabı Bakının kitab dükanlarından - Nizami adına Ədəbiyyat Muzeyinin altındakı kitab dükanından, Kitabevim.az kitab marketindən, "Bakitab" dükanından almaq mümkündür. Kitab həmçinin bazar ertəsindən etibarən "Ali&Nino" kitab dükanlarında satışda olacaq.

Qeyd edək ki, "Küçədən Keçən Adam haqda yazılar" yazıçının sayca üçücü kitabıdır. Bundan əvvəl Nərmin Kamalın "Umberto Eko və postmodernizm fəlsəfəsi" araşdırması və "Aç mənəm" romanı işıq üzü görmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG