Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 22:40

Ötən il çay 29, tütün 52 faiz bahalaşıb


Supermarket

Ötən il Azərbaycanda əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin dekabrında ərzaq məhsulları, içkilər və tütün məmulatları noyabra nisbətən 4.1 faiz bahalaşıb. 2016-cı ildə isə bütünlükdə 2015-ci ilə nisbətən 14.7 faiz bahalaşma baş verib.

Beləliklə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb.

NƏ NƏ QƏDƏR BAHALAŞIB?

2016-cı ildə 2015-ci ilə nisbətən çörək məmulatları və yarmalar 17.5 faiz bahalaşıb. Bundan başqa, ətin 7.1, balıq məhsullarının 13.6, süd məhsullarının, pendirin, yumurtanın 11.4, yağın 25.8, meyvələrin 12.9, tərəvəzlərin isə qiyməti 6.8 faiz artıb.

Habelə, qənd, cem, bal, şokolad, konfetlər 20.8, qəhvə, çay, kakao 29.1, mineral sular, sərinləşdirici içkilər, şirələr 24.4, araq, brendi (konyak) 14.8, tütün məmulatları da 52.1 faiz bahalaşıb.

XS
SM
MD
LG