Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 13:46

Siyasi mühacirlər AŞPA qarşısında aksiya keçirib


Siyasi mühacirlərin AŞPA qarşısında aksiyası. 23yan2017

Yanvarın 23-də Azərbaycandan olan bir qrup siyasi mühacir Avropa Şurasının binası qarşısında Azərbaycanla bağlı korrupsiya faktının araşdırılması və siyasi məhbusların azad edilməsi tələbi ilə piket keçirib.

Aksiya zamanı Azərbaycanın 58 vətəndaş cəmiyyəti nümayəndəsinin AŞPA deputatlarına ünvanladığı müraciət 300 nüsxədə deputatlara çatdırılıb.

Buna da bax:​ TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

Müraciətdə Avropa Təhlükəsizlik Təşəbbüsü tərəfindən hazırlanmış hesabatda yer alan və İtaliyanın Milan prokurorluğunun istintaqını apardığı AŞPA-nin keçmiş vitse-prezidenti Luka Volonte ilə bağlı korrupsiya faktının araşdırılması istənilir.

Hesabatda Azərbaycanın xeyrinə səs verməsi üçün AŞPA-nin bir sıra deputatlarının rüşvətlə ələ alınması əksini tapıb.

Buna da bax: Həmməruzəçilər: 'Avropa Məhkəməsinin qərarlarının icrası vacibdir'

AŞPA-dan deyiblər ki, Azərbaycanın QHT fəallarının müraciəti Avropa Şurası Parlament Assambleyasının siyasi qruplarında müzakirə ediləcək.

XS
SM
MD
LG