Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Rusiya Ermənistanda RLS qursa...


Qəbələ RLS
Qəbələ RLS

Rusiyalı hərbi ekspert Yevgeni Damantsev «Voyennoye obozrenie» jurnalında dərc edilmiş məqaləsində yazıb ki, Rusiyanın ən yeni «Nebo-M» radiolokasiya kompleksinin Ermənistanda yerləşdirilməsi mümkündür. Ekspertin sözlərinə görə, «Nebo-M» radiolokasiya kompleksinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdirilməsi tamamilə məntiqidir.

«Burada o, Azərbaycanın İsraildən aldığı «Green Pine» stansiyasına layiqli cavab olacaq. O, həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstan üzərindəki hava məkanına ...nəzarət edə biləcək», – deyə Damantsev yazır.

Belə planlar nə qədər realdır? Bunlardan Azərbaycan narahat olmalıdırmı?

Hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın son vaxtlar regionda apardığı siyasətdən narahat olduğunu bildirir. Onun sözlərinə görə, görünən odur ki, Rusiya aktiv şəkildə Ermənistana havadarlıq edir. Ekspert deyir ki, bütün bunların fonunda Rusiyadan ədalətli mövqe gözləmək yersizdir.

Üzeyir Cəfərov bildirir ki, Rusiya Azərbaycanın maraqlarını ayaqlar altına atıb. Ekspert deyir ki, Rusiya daha neyləməlidir ki, Azərbaycanın cavabdeh qurumları adekvat addımlar atsınlar. Üzeyir Cəfərovun fikrincə Rusiya atdığı bu addımlarla Azərbaycana çox böyük fəlakət hazırlayır.

Üzeyir Cəfərov: "Rusiyanın son vaxtlar regionda apardığı siyasət..."
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid

Hərbi ekspert Şair Ramaldanov isə bildirir ki, bu Rusiya və Ermənistan arasındakı iş birliyi olsa da bu Azərbaycanı narahat etməyə bilməz. Onun sözlərinə görə, Ermənistan gələcəkdə bu imkanlardan Azərbaycana qarşı istifadə edə bilər.

Hərbi ekspert deyir ki, Azərbaycan yəqin ki, adekvat şəkildə tədbirlər görəcək. Amma Şair Ramaldanov onu da bildirir ki, belə hadisələr Azərbaycanı narahat etsə də, bu iki ölkə arasındakı məsələ olduğu üçün buna təsir etmək imkanı yoxdur.

Şair Ramaldanov: "Ermənistan bu imkanlardan Azərbaycana qarşı istifadə edə bilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Rusiyanın Ermənistanı hərbi qalaya çevirməsinin hədəflərinin Azərbaycan olduğunu düşünmədiyini bildirir. Onun sözlərinə görə, Ermənistan Rusiyanın bu planlarından öz maraqları üçün istifadə edir.

Deputat deyir ki, bu səbəbdən Azərbaycanın müəyyən narahatlıq keçirməsinə ehtiyac var. Deputatın fikrincə Rusiyanın bu kimi addımları region üçün müsbət deyil. Zahid Oruc deyir ki, bütün bunları nəzərə alaraq Azərbaycan, Rusiya ilə hərbi- iqtisadi əməkdaşlığını saxlamaqla bərabər, bir sıra siyasi problemlərə aydınlıq gətirməlidir.

Zahid Oruc: "Hədəfləri Azərbaycan deyil"
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG