Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:49

ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti gözlənilir


Donald Trump və Vladimir Putin

“Yaxın vaxtlarda Rusiya və ABŞ prezidentləri arasında telefon söhbəti gözlənilir və hazırda bunun vaxtı götür-qoy edilir”.

Lenta.ru və digər Rusiya KİV-lərinin məlumatına görtə, bunu yanvarın 23-də Kremlin sözçüsü Dimitry Peskov mətbuat konfransında deyib.

Amma Peskov qeyd edib ki, prezidentlərin görüşündən danışmaq hələ ki, tezdir.

Peskov bundan əvvəl demişdi ki, yaxın bir neçə ay ərzində prezidentlərin görüşü ola bilər.

ABŞ və Rusiya prezidentlərinin görüşü barədə mətbuatda məlumat yanvarın 15-də peyda olub.

45-ci ABŞ prezidenti Donald Trump prezident kimi yanvarın 2-dən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG