ABŞ yeni seçilmiş prezident Donald Trump-un andiçmə mərasiminə hazırlaşır.
45-ci prezidentin andiçmə mərasimi paytaxt Vaşinqtonda, Kolumbiya dairəsində keçiriləcək.
Vaşinqtonda keçiriləcək mərasimdə 900-dək adamın iştirakı gözlənilir.
Tədbirə görə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mərasimdən sonra 2 müddət prezident olmuş Barack Obama və xanımı Michel Kapitolini tərk edəcəklər.
Donald Trump andiçmə mərasimi ərəfəsində çıxışında “Ölkəni birləşdirmək” , onu daha qüdrətli etmək və iş yerlərini qaytarmaq fikrində olduğunu bəyan edib.