Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:01

Poroshenkonun Rusiyadakı sonuncu fabriki bağlandı


Roshen qənnadı fabriki. Lipetsk

Ukraynanın “Roshen” qənnadı şirkəti Rusiyanın Lipetsk şəhərindəki sonuncu fabrikini bağlayır.

Ria-Novostinin məlumatına görə, şirkət bunun iqtisadi və siyasi səbəblərlə bağlı olduğunu deyir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bildirimişdi ki, Rusiya mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq fikrindədir və bu Ukrayna prezidenti Petro Poroshenkoya məxsus Lipetsk vilayətindəki “Roshen” fabrikinə də aiddir.

Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra Moskva ilə Kiyev arasında münasibətlər pozulub.

Qərb buna görə Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.

Qərb ölkələri və Kiyev Moskvanı Ukraynanın ərazi bütövlüyünü pozmaq və ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG