Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 13:59

10 gömrük işçisi korrupsiyada günahlandırılır


Aydın Əliyev

Ötən il 246, 2015-ci ildə isə 257 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 19-da keçirdiyi mətbuat konfransında bildirib.

«Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir»,-deyə A.Əliyev qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG