Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:52

Çingiz Aytmatovun dünya şöhrətli romanı yenidən çap olundu


Çingiz Aytmatovun Qanun nəşriyyatından çıxan yeni kitabı.

Qanun Nəşrlər Evində iki yeni kitablar satışa göndərilib. Bu Alan Axelrodun “Liderlik dərsləri” seriyasından “Yuli Sezar: Liderlik dərsləri” və Dünya uşaq ədəbiyyatı seriyasından Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” adlı kitablarıdır.

Alabaş “DÜNYA UŞAQ ƏDƏBİYYATI”nda!

Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var.

“Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.

Tərcümə Xeyrulla Əliyevə məxsusdur.

Buna da bax: "Qanun" nəşriyyatı 2016-cı ilin ən çox satılan kitablarını açıqladı

Alan Axelrod “Yuli Sezar: Liderlik dərsləri”

Alan Axselrod-un Qanun nəşriyyatından çıxan kitabı.
Alan Axselrod-un Qanun nəşriyyatından çıxan kitabı.

Sezar tarixdə istedadlı sərkərdə və mütəfəkkir, bilikli diktator, əla natiq, yazıçı, imperiyanın memarı və siyasi xadim, mütləq imperator hakimiyyətinə yalnız öz səylərilə nail olmuş şəxs kimi qalmışdır. Biznesin tarixi, menecmenti və idarə edilməsi barəsində bestsellerin müəllifi olan Akselrod belə hesab edir ki, Sezar həm də təqlid etməyə layiq rəhbər – nümunəvi baş direktor olmuşdur. Alan Akselrod maraqlı söhbətində təbii formada qədim dövrün siyasətçilərinin fəaliyyətinin müasir top-menecerlərə və biznes sahiblərinə necə nümunə ola biləcəyini nümayiş etdirir. 92 fəsil-dərsdən ibarət olan kitab Sezarın karyerası dövründə nə kimi çətinliklərlə üzləşdiyindən və bu böyük sərkərdənin istifadə etdiyi strateji və taktiki üsulların müasir liderlər üçün nə qədər faydalı ola bilməsindən bəhs edir.

Tərcümə Həmid Vəliyevə məxsusdur.

XS
SM
MD
LG