Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 09:27

Rusiya Snowden-in yaşayış icazəsini daha 2 il uzatdı


Edward Snowden

Rusiya hakimiyyəti ABŞ milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edward Snowden-in yaşayış icazəsini daha 2 il uzadıb.

Bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharovna özünün Feysbuk səhifəsində məlumat yayıb.

Zakharova ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi-nin keçmiş direktor müavini Michael Morellin bəyanatını belə şərh etmiş olur.

Morell bundan əvvəl deyib ki, Snowden-in Rusiyaya verilməsi ABŞ prezidenti seçilmiş Donald Trump üçün “İdeal hədiyyə” olardı.

Snowden müxtəlif illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyində çalışıb.

2013-cü ildə jurnalistlərə, ABŞ-ın xüsusi xidmətininxarici ölkə vətəndaşlarını izləməsi barədə məxfi sənədlər ötürüb.

Bundan sonra Honkonqa, ordan isə Rusiyaya qaçıb və orda siyasi sığınacaq alıb.

ABŞ hakimiyyəti Snowdeni dövlət əmlakını oğurlama, qanunsuz informasiya əldə etmə və qəsdən dövlət sirrini yaymaqda ittiham olunur.

XS
SM
MD
LG